Dizaynda Şrift Seçimi: Bilməli Olduğunuz 7 Maraqlı Fakt

Dizaynda Şrift Seçimi: Bilməli Olduğunuz 7 Maraqlı Fakt
fev 11

Dizaynda şrift seçimi sadəcə estetik məsələ deyil, eyni zamanda oxucunun hisslərini, qəbul etmə formalarını və üstünlüklərini şəkilləndirən vacib bir amildir. Roboto-nun sadəliyi, Helvetica-nın klassik üsulu, yoxsa Baskerville-in etibarlı imici? Şəxsi zəvqlərdən asılı olmayaraq, elm bizə şriftlərin insan psixologiyasına təsir etdiyini sübut edir.

Bu yazıda şriftlərin istifadəsi ilə bağlı sizi təəccüləndirə biləcək 7 maraqlı elmi faktı kəşf edəcəksiniz!

1. Etibar Hissi Yaratmaq üçün Baskerville

2012-ci ildə tənqidçi Errol Morris şriftlər üzərində maraqlı bir araşdırma aparmışdı. O, müxtəlif şəxslərə eyni məzmunlu məqaləni dəyişik şriftlərdə oxudaraq hansı versiyanın daha etibarlı olduğunu sorğu etdi. Nəticədə, Baskerville şriti digər populſər şriftlərlə (Helvetica, Comic Sans, Trebuchet və s.) müaqisədə daha güvənli hesab edildi. Bu o deməkdir ki, ciddi və etibarlı bir təəssürat yaratmaq istəyirsinizsə, Baskerville sizin dostunuzdur!

2. Parlaq Şriftlər Peşəkarlıq Hissi Oyadır

Miçiqan Universitetində Hyunjin Song və Norbert Schwarzın apardığı araşdırma göstərdi ki, parlaq və qeyri-adi şəkillərə malik şəriflər peşəkarıq hissi yarada bilir. Xüsusilə restoran menyularında bu cür şəriflərin istifadəsi, insanlarda aşpaza və yeməyin keyfiyyətinə daha çox etibar etmə hissini artırır.

3. Ancaq Parlaq Şriftlər Hər Vaxt Yaxşı Seçim Deyil

Eyni araşdırma onu da müəyyən etdi ki, müştərilər parlaq şəriflərin istifadə edildiyi mətnləri oxuyarkən adi mətnlərə nisbətən daha çox vaxt sərf edirdilər. Yəni bəzən sadəlik daha effektiv ola bilər!

4. Helvetica ilə Məsajınızı Daha Anlaşılan Edin

Disleksiya və oxuma problemi olan insanlar üçün düzensiz hərf nisbətləri olan şəriflər (məsələn, Comic Sans) oxuma prosesini çətinləşdirir. Bunun əksinə, Helvetica, Arial, Verdana kimi mütənasib hərf strukturlarına malik şəriflər oxucular üçün daha rahat olur.

5. Serif yoxsa Sans Serif? Hansı Daha Oxunaqlıdır?

Serif (Times New Roman, Georgia) və Sans Serif (Arial, Helvetica) şəriflərinin hansı daha oxunaqlı olduğunu mübakirə edən çox araşdırma var. Bəzi tədqiqatlar göstərir ki, Serif şəriflər kağızda daha oxunaqlı olduğunu, Sans Serif şəriflərin isə ekranlarda daha rahat oxunduğunu sübut edir.

6. İnsanlar Doğrudan da Şrift Seçiminizi Fərq Edir?

Bir araşdırma dizayn mütəxəssisləri daxil olmaqla bir çox insanın Roboto və Helvetica şəriflərini bir-birindən ayırmaqda çətinlik çəkdiyini ortaya qoydu. Ancaq maraqlısı budur ki, insanlar hətta şəriflərin fərqlərini dəqiq anlamasalar da, dizayna verdikləri reaksiya və düşüncələri çox fərqli olur.

7. Qətiyyətli İnsanlara Xitab Edən Şriftlər

Wichita Universitetində aparılan araşdırma Times New Roman, Arial və Cambria şəriflərinin qətiyyətli insanlar üçün daha inandırıcı olduğunu ortaya qoydu. Eyni zamanda, Impact və Rockwell Xbold iddialı şəxslərə, Gigi və Kristen şərifləri isə yaradıcı insanlara daha yaxın hiss etdirir.

Nəticə

Şrift seçimi sadəcə vizual bir element deyil, eyni zamanda mesajınızın insanlar üzərində buraxdığı təsirə görə kritik rol oynayır. Bu faktlar dizaynlarınızda daha bilinçli və effektiv şəriflər istifadə etməyiniz üçün sizə istiqamət verə bilər!